Happy Smile Aestethics Clinic

Xidmətlərimiz

Biz sadəcə kosmetoloji xidmətləri satmırıq – biz nəticəyə əldə edirik. Ötən gözəlliyi geri qaytarırıq, uğursuz kosmetoloji prosedurların fəsadlarını aradan qaldırırıq, dərinin yaşlanmasını ləngidirik,  xoşagəlməz tüklərdən və artıq çəkidən azad edirik və ümumilikdə sizin öz gözəlliyinizi önə çəkirik.

Xidmətlər

Trixologiya

Trixoloqun qəbulu

Klinikamızda böyük təcrübəsi olan ixtisaslaşmış uzman həkim-trixoloq qəbul edir.

Saç mezoterapiyası

Saçların həcmi və keyfiyyətini bərpası üçün lazım olan vacib mikroelementlər, amin turşuları və vitaminlərli təmin edən prosedur.

Plazmoliftinq

Saçların həcmi və keyfiyyətinin bərpa olunması məqsədilə başın tüklü nahiyəsinin dərisinə pasiyentin trombositlərlə zənginləşmiş öz plazması yeridilir.  

LED terapiya

İşıqla müalicə metodudur. Ultrabənövşəyi şüalar dərinin dərin qatlarına keçir və yerli təsir göstərərək iltihab əleyhinə və  immunomodulyasiya təsiri göstərir.

Baş dərisinin pilinqi

Pilinq zamanı başın tüklü hissəsinin ölü hüceyrələri xaric olunur. Hüceyrələr oksigenlə zənginləşir, saç soğanaqlarının qan dövranını yaxşılaşır, onların uzanmasını sürətləndirir.

Xidmətlər

İnyeksion kosmetologiya

Klinikamızda yoxlanılmış, sertifikatlı, 100% təhlükəsiz preparatlardan istifadə edilir.

Bizim prosedurlar dəri keyfiyyətinin artmasına və onun yaşlanma ilə mübarizəsinə yönəlib:  plazmoteraiya, biorevitalizasiya, mezoterapiya, kollagenoterapiya; mimik qırışların aradan qaldırılması: botulinoterapiya; üzün byutifikasiyası və harmonizasiyası: kontur plastikası; sap liftinqi. Prosedurlar yalnız tibbi kosmetologiya üzrə sertifikat almış həkimlər tərəfindən aparılır

Xidmətlər

Aparat kosmetologiya

Müasir təkmilləşmiş kosmetologiyanı aparatsız təsəvvür etmək mümkün deyil. Daha gözəl nəticə üçün biz eyni zamanda bir neçə protokoldan istifadə edirik.

Müasir təkmilləşmiş kosmetologiyanı aparatsız təsəvvür etmək mümkün deyil. Daha gözəl nəticə üçün biz eyni zamanda bir neçə protokoldan istifadə edirik.

Bu aparatın köməyilə liftinq effekti əldə edilir və pasiyentlərimiz ikinci buxaqdan tamamilə azad olur.

Dərinin dərin qatları radio dalğaları ilə isinməsi metoduna əsaslanmış yaş dəyişikliklərin terapiyası.

Xidmətlər

BƏDƏNİN ŞƏKİLLƏNDİRİLMƏSİ

Venus Legasy– əprimiş və sallanmış dəridən, piy toplanmasından və sellülitdən azad edir, bel, sağrı, bud ölçüsünü xeyli azaldır, limfodrenajı sürətləndirir.

J5 vibrosistemi – sellülit, artıq çəki, əprimiş dəri, osteoxondroz, hətta artritdən azad edir. Qan dövranını yaxşılaşdırır, bütün orqanizmin tonusunu qaldırır, sağrı, bud və pres əzələlərini bərkidir,

RF-Lifting – metodun mahiyyəti daha çox sellülit və dəri sallanması olan nahiyələrə radiodalğaların nöqtəli təsirinə əsaslanır. Bura qarın, yanlar və budların iç tərəfi aiddir.

Kavitasiya –«piy topalarından» qurtulması. Bu prosedur aşağı tezlikli ultrasəs dalğaları ilə lokal piy nahiyələrinə təsir edir.  Posedurun digər adı “ultrasəs liposaksiyası”dır.

Miostimulyasiya– fiziki yükləməyə məruz qalmadan möhkəm bərk əzələlərə nail olursunuz. Bu metodun digər adı “passiv fitnesdir”. Müəyyən səbəblərdən idmanla məşğul ola bilməyən, lakin gözəl vücuda sahib olmaq istəyənlər üçündür. Elektrostimulyasiya aparatının köməyi ilə üz, qollar, sinə, ayaqlar və qarın nahiyəsi əzələləri bərkiyir.

Xidmətlər

Üzə qulluq prosedurları

Üzün dərindən təmizlənməsi cavanlığına və gözəlliyinə dəyər verən hər kəsə lazımdır. Üzündə qara nöqtələr, akne və dəridə digər problemlər olan insanlara isə bu prosedur mütəmadi aparılmalıdır.

DermaClear – üz dərisinin tam təmizlənməsi, nəmləndirilməsi və ümumi baxımı üçün 3 mərhələli prosedurudur. Sistemin fırlanan başlığı və güclü vakuum effekti hesabına dərin, həssas təmizlənmə və pilinq təmin olunur. Eyni zamanda dəridən alt qatlara aktiv maddələr sorulur.

Üz, boyun və dekolte nahiyəsinə baxım prosedrları dərinin nəmlənməsi, bərkiməsi, elastikliyi və hamarlığını təmin edir. Unutmayın ki, cavan, baxımlı və cazibədar üzün dərinin sirri daimi və mütəmadi baxımıdır.

Charme D’Orient — şık, eyni zamanda müalicəvi effektli təbii inqrediyentlərlə zəngin ekoloji kosmetikadır. Charme D’Orient  əsaslı çox mərhələli lüks baxım dərini tez və effektiv qaydasına salar və ona sağlam təravətli görünüş verər.

Dərinizin tipindən, yaşınızdan və dermatoloji problemlərdən asılı olaraq kosmetoloqlarımız sizə uyğun pilinq növünü seçərlər.

Xidmətlər

Az invaziv əməliyyatlar

Cərrahi müdaxilə zamanı travmaları minimuma endirmək üçün xüsusi mikroskopik alətlərin istifadəsi, müasir texnologiyalar, yeni keçiricilər,.

Blefaroplastika – göz qapaqları, göz kəsimi formasının dəyişməsi əməliyyatı

Brouliftinq – qaş və göz qapaqlarının gərilməs

Bulxorn – dodaq plastikası

Buxağın liposaksiyası – üzün aşağı 1/3 hissəsində piy topalarının aradan qaldırılması.

Lipofilinq – pasiyentin göbək ətrafı nahiyəsindən öz piyini üzünə transplantasiyasıdır. Məqsəd: üzünün cavanlaşması və çatışmayan həcmi bərpa etməkdir.

Xidmətlər

Podoloji xidmətlər

Podoloji prosedurlar – pəncə və dırnağlar problemlərini müalicəsidir. Türkiyədə təhsil almış uzman həkim-podoloqumuz pasiyentlər üçün ən komfortlu və ağrısız üsullarla pəncə və daban problemlərini aradan qaldırır.

Göbələkli dırnağın lazerlə müalicəsi

Həkimimiz dırnağın göbələk zədəsini alman aparatı vasitəsilə tamamilə ağrısız və qansız aradan qaldırır.

Şəkərli diabet xəstələrində batıq dırnağın aradan qaldırması

Bizim həkim uzanmış dırnaq lövhəsini lazerlə ağrısız və minimal zədə il aradan qaldırılmasını təmin edir.

3-TO tel sistemi ilə batıq dırnaq müalicəsi

3-ТО skobası – yan tərəflərə təzyiqi azaldaraq dırnağın kənarını qaldıran üçkomponentli qurğudur. Dırnağın batmasının qarşısını alır və dırnaqaltı döyənəkləri müalicə edir.

Batıq dırnağın çıxarılması

Prosedur yerli anesteziya ilə aparılır. Həkim dırnağın batmış hissəsini ya da batma zonasında dırnaq lövhəsinin kənarı götürülür.

Uşaqlarda batıq dırnağın çıxarılması

10 yaşdan kiçik uşaqlarda batmış dırnağı ümumi narkoz ilə götürürlər. Prosedurdan sonra pasiyentə dırnağın strukturunu nəzərə almaqla fərdi müalicə yazılır.

Bs bant proseduru

BS lövhəsi dırnağa təsir edərək deformasiyanı aradan qaldırır. Zamanla lövhə özü düzəlir. Bu lövhələr, demək olar ki, gözlə görünmür, onları hətta laklamaq olar.

Döyənək (Mozol)

Klinikamızda döyənəyi lazerlə götürürlər, çünki bu ən müasir, az invaziv və effektivdir üsuldur. Sərt, yumşaq və toxum döyənəklərin müalicəsində istifadə olunur.

Tampon

Batmış dırnağın tamponadası dırnağınerkən mərhələlərdə batmasının qarşısını alır. Dırnaqla yumşaq toxumanın arasına yerləşdirilən xüsusi materialın hesabına dırnağın yumşaq toxumaya batmasını, iltihablaşma və irinləmənin qarşısı alınır.

Xidmətlər

Solyariy

MegaSun Tower Optima aparatı dərinizin gözəl bronzlaşmasını, onun cavan və gözəl qalmasını təmin edir. Üz və dekolte nahiyəsinə yönəldilmiş 100 unikal kollagen işıq diodu və bədən üçün 4 kollagen lampa kollagenin hasilini stimulyasiya edir və dərinin strukturu ilə zahiri görünüşünü yaxşılaşdırır.

Daha güclü lampalar kabinada qalma müddətini demək olar ki, 2 dəfə azaldır.

Kabinada audiosistem ilə siz rəqs edə bilərsiniz. Yəni, ikisi bir arada – bronzlaşma və fitnes.

Üstəgəl – bronzlaşmanın intensivliyini artıran güzgülü döşəmə.

Şaquli solyariy üfüqidən daha gigiyenikdir. Kabina daxili səth ilə təmas minimuma endirilir.

Biz sizi birdəfəlik tərliklər və saçları qoruyan baş örtüsü ilə təmin edəcəyik. Necə deyərlər, biz sizin yerinizə hər şeyi düşündük, sadəcə gəlməyiniz qaldı.

Xidmətlər

Lazer epilyasiya

Soprano İse Titanium (Alma Lasers, İsrail) – ən müasir lazer sistemidir. Bir şüada hər üç dalğa uzunluğu cəmləşib (aleksandrit, diod və neodim). Bu sistem aleksandritdən daha yaxşıdır, çünki sarı və ən narın tüklərinizi də tez və birdəfəlik yox edir. 

Üstəgəl, istənilən saç rəngi və dəri növü üçün (tünd və bronzlaşmış daxil olmaqla) uyğundur.

Bir impuls 4 sm2 əhatə etdiyi üçün dəriyə təsir edən impulsların sayı daha az olur.

Soyutma sistemi isə epilyasiyanı sizin üçün ağrısız edir.

Bizim Soprano İse Titanium aparatına yazılın – arzuolunmaz tüklərlə ağrısız və təhlükəsiz birdəfəlik vidalaşın.

Xidmətlər

Diyetologiya

Düzgün qidalanma –  sağlamlığın zəminidir və qadın gözəlliyinin – dəri, saç, dırnaqların əsas amillərindən biri hesab olunur.

Sağlam və tənzimlənmiş qidalanma sizə sadəcə görünüşcə deyil, daxilən də özünüzü daha yaxşı hiss etdirər və həyat aktivliyinizi artırar.

Buna görə də klinikamızda təcrübəli həkim-kosmetoloqlarla yanaşı sizin zövqünüzü nəzərə almaqla sizə fərdi qidalanma rejimi təyin edəcək diyetoloq-nutrisioloq da qəbul aparır.

Belə əsaslı yanaşma hesabına siz istənilən effekti əldə edib onu uzun müddət qoruya bilərsiniz.

Xidmətlər

Masaj

Bali masajı

Bali masajını klinikamızda Balı adasından gələn mütəxəssislər edir. Bali masajı pasiyentə mental rahatlıq verir, həyat gücünü bərpa edir, metabolizmi, qan dövranını və hüceyrədaxili tənəffüsü optimallaşdırır.

Relaks masaj

Bu prosedur orqanizmin yüngülləşməsi və bərpasına yönəlib. Müəyyən gərgin nöqtələrə təsir etməklə siz oynaqlarda və əzələlərdə sıxılmadan azad edir. Bu prosedur böyük şəhərlərdə qacınmaz olan və orqanizmdə daim toplanan fiziki gərginliyi və stressi aradan qaldırır.

Aromaterapiya

Bu prosedurda müxtəlif qoxuların təsiri istifadə olunur. Qoxular rahatladır, iş qabiliyyəti, tonusu artırır və stressi aradan qaldırır. Aromaterapiya həmçinin alternativ təbabətin bir növüdür. Bu prosedur orqanizmdən toksinləri xaric edir, limfa və qan axınını sürətləndirir, orqanizmi cavanlaşdırır və sinir sistemini sakitləşdirir.

Antisellülit

Sellülitin ən geniş yayılmış səbəblərindən biri qan dövranının pozulmasıdır. Problemli zonalara təsir edərək limfa və qan axını güclənir. Artıq birinci seansdan sonra əsas effektdən başqa ödemlər yoxa çıxır və dərinizin relyefi hamarlaşır. 

Ayurveda

Ayurveda  – qədim Hind təbabəti sistemidir. Ayurveda insanı bir vəhdət olaraq qəbul edir. Ayurveda masajı əzələ və ya oynaqlarla deyil, enerji axınları və bioloji aktiv nöqtələrlə çalışır. Ayurvedanın yağlı prosedurları orqanizmin hər bir hüceyrəsinə dincəlmək, “yenidən doğulmaq”, neqativ və toksinlərdən təmizlənmək, enerjinizi bərpa etmək imkanı verir.

Tay masajı-stretçinq

Tay masajının ən yüksək səviyyələrindən biridir. Burada yoqadakı asanalara bənzər ardıcıl dartınmalar və burmalardan ibarət xüsusi kompleksdən istifadə olunur. Masaj hərəkətləri daha qoruyucu üslubda olur və sizin üçün fərdi qaydada seçilir. Prosedur dartınmağa, gərginlikdən və ağrıdan azad olunmağa yönəlib.

Kepala-başın masajı

Bali öz masaj texnikaları ilə məşhurdur. Kepala-masaj onun bir növüdür. Bu unikal masaj texnikası əsasən baş, boyun və çiyinlərə təsir edir. Müasir dövrdə ən böyük gərginlik məhz bu hissələrin üzərinə düşür. Bu prosedur əzələləri rahatladır, onları sıxılmadan azad edir, stressi götürür.

Charme D Orient

Bu autentik mərakeş yağı ilə masaj özündə şərq uzunömürlülüyün sirrləri ilə fransız zərifliyini birləşdirir. Bu masaj texnikası şərq metodikalarını Avropa SPA standartlarına uyğunlaşdırdı. Müxtəlif aromatik yağların geniş palitrası üz və bədən dərisinin elastikliyini və tonusunu artırır.

Xidmətlər

Gözəllik salonu

Kosmetoloji xidmətlərdən əlavə biz pasiyentlərimizə salon prosedurları də təklif edirik. Beləliklə, siz, klinikamızı tərk etmədən, baxım prosedurlarının bütün çeşidlərini əldə edə bilərsiniz!

Saç kəsimi

Ukladka

Saçların boyanması

Keratin baxımı

Saç düzümü

Makiyaj

Manikür & Pedikür

Dırnaq qaynağı

Parafin baxım

Üz (sapla epilyasiya)

Qaş alınması

Kiprik qaynağı

Lipuçka

Shellac & Gellak

Previous
Next

Happy Smile Aestethics

Video qalereya